Rusiyada 19 yük vaqonu AŞDI

Rusiyanın Ryazan vilayətində partlayış nəticəsində 19 yük vaqonu relsdən çıxaraq aşıb.

Yenicag.az xəbər verir ki, bu barədə Moskva Dəmir Yolları məlumat yayıb.

Hadisə “Rıbnoye-Blok post” keçidində baş verib. Qəza nəticəsində maşinist köməkçisi xəsarət alıb. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.