Rusiyanın Amur vilayətində kömürlə yüklənmiş 29 vaqon relsdən çıxıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Amur vilayətinin Şimanovski rayonunda yerləşən Transbaykal dəmir yolunun Seletkan-Ledyanaya stansiyalarının 7759-cu km-də baş verib. Qəza nəticəsində 29 vaqon və iki dayaq sıradan çıxıb, hava naqilləri qırılıb.
Həmin ərazidə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hhadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı cinayət işi açılıb./unikal