Rusiyada 2021-ci ildə əhalinin siyahıya alınması zamanı 155 dildə danışan insanların yaşadığı müəyyənləşib.
Yenicag.az xəbər verir ki, bu barədə araşdırmanın nəticəsi bu günlərdə açıqlanıb.
Əhalinin siyahıya alınması zamanı respondentlər arasında keçirilən sorğuda 5 dilin – aleut, kerek, ayn, siren və yuq dillərinin yoxa çıxdığı, oroç dilinin isə yoxa çıxmaqda olduğu üzə çıxıb. Başqa sözlə, yoxa çıxdığı açıqlanan 5 dildə artıq danışan kimsə yoxdur, oroç dilində olan sözlərin bir qismini isə bəzi yaşlılar xatırlayır.
PAN Dil Araşdırma İnstitutu ümumilikdə XX əsrin əvvəlindən Rusiyada 15 dilin yoxa çıxdığı, yaxud yoxa çıxmaqda olduğunu açıqlayıb./Apa/