Rusiya “silkələndi” – 6.5 bal gücündə zəlzələ

Kamçatka sahillərində 6.5 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Zəlzələnin episentri 78 km Ust-Kamçatsk qəsəbəsindən cənubda, ocağı isə 76.2 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

COP29