Rusiyada adam öldürdü, Azərbaycanda tutuldu

Rusiyada qətl törədən şəxs Azərbaycanda tutulub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Müqabil Abbasov tutularaq istintaqa təhvil verilib.