Rusiya Federasiyasının Mariy El Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 14 nəfər ölüb. Hadisə nəticəsində daha 5 nəfər xəsarət alıb.
Avtobusda 21 nəfərin olduğu bildirilir. Qəzaya qarlı hava şəraitinin səbəb olduğu qeyd olunur.