Rusiyada ağır yol qəzası oldu – Ölənlər var

Rusiya Federasiyasının Perm diyarında ağır yol qəzası olub.

Bu barədə Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, magistral yolda dörd nəqliyyat vasitəsinin toqquşması nəticəsində 5 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Ölənlər arasında iki uşaq da var.

Qəzanın başvermə səbəbi və təfərrüatı araşdırılır.