!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada ALKOQOLLU “GENOSİD”: Spirtli içkilərdən ölənlərin sayı fəlakət həddinə çatıb

!Reklam – Yazi

2020-ci ildə Rusiyada spirtli içki qəbulundan yaranan problemlərə görə ölənlərin sayı 50 min 435 nəfər olub.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 3 min nəfər çoxdur.

Eyni zamanda, 2019-cu ilin göstərcilərində əks olunan müsbət tendensiya davamlı xarakter almayıb. Bildirilir ki, həmin il spirtli içkilərdən ölənlərin sayı 2018- ci ilə nisbətən 1,3 min nəfər az olub.

Rusiyada psixi pozğunluq səbəbindən dünyasını dəyişənlərin sayında da kəskin artım qeydə alınıb. 2020-ci ildə bu diaqnozla ölənlərin sayı 2019-cu illə müqayisədə 20 faiz artaraq 24 min 159 nəfər təşkil edib.

Ölkədə qeydə alınan bu göstəricilər Rusiyadakı sağlam həyat tərzi tərəfdarlarını hərəkətə gətirib. Onlar alkoqollu içkilərin satışına kəskin məhdudiyyətlərin tətbiqi tələbini irəli sürüblər.

Statistikaya əsasən, 2020-ci ildə Rusiyada adambaşına 4,9 litr araq içilib. “İçki yarışı”nda ilk yeri Saxalin vilayəti tutur: adambaşına 12,4 litr.

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv