!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı biznesmenlə oğlu faciəvi şəkildə öldü - FOTO

!Reklam – Yazi

Rusiyanın Saxalin vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 azərbaycanlı ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən şənbə günü günorta saatlarında baş verib. Belə ki, azərbaycanlı ata-oğulun içində olduğu “Toyota Kluger” markalı avtomobil Oqonki-Nevelsk yolunun 6-cı kilometrində avtokranla toqquşub. Cənubi Saxalindən Nevelksə hərəkət edən avtomobili oğul idarə edirmiş. Onu yuxu tutduğundan yolun kənarında park vəziyyətində olan avtokranı görməyib. Avtomobil yüksək sürətlə avtokrana çırpılıb. Nəticədə ata və oğul hadisə yerində ölüblər. Onların şəxsiyyətləri müəyyənləşdirilir.

Azərbaycanlıların meyitləri hazırda Cənubi Saxalindədir və dəfn olunmaq üçün vətənə göndərilmələri üçün hazırlıq görülür.

www.yenicag.az

3194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv