Rusiyada azərbaycanlı qəza törətdi – 2 qadın öldü – Video

asqsqRusiyanın Novıy Urenqoy şəhərində baş vermiş yol qəzası nəticəsində iki qadın həlak olub. Maraqlıdır ki, qəzanın hər iki iştirakçısı azərbaycanlıdır.

16 yaşlı Rasim Ş. bir qədər əvvəl oğurladığı BMW markalı avtomobildə, yolun buzla örtülü olmasına məhəl qoymayaraq, yüksək sürətlə hərəkət edərək Ramin İ. adlı digər yol hərəkəti iştirakçısının “Toyota” markalı maşınına çırpıb.

Toqquşma nəticəsində “Toyota”dakı iki qadın hadisə yerindəcə ölüb. Qadınların kimliyi barədə məlumat verilmir.(virtualaz)

https://youtu.be/rCW3JxlRwDY