Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin Frunzen rayonunda 04:30 radələrində baş verib.
Davada ümumilikdə 20-yə yaxın insan iştirak edib. Hadisə zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq, xəstəxanaya yerləşdirilib.
Dava zamanı bıçaq və travmatik silahdan istifadə edilib.
Hadisənin dəqiq səbəbləri məlum deyil. Saxlanılanlar var.