!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada bayram coşqusu

!Reklam – Yazi

5019Yeni il bayramının böyük coşquyla qeyd edildiyi Rusiyada 2015-ci ili qarşılamaq üçün artıq bütün hazırlıqlar tamamlanıb.

Paytaxt sakinləri Yeni il qarşılamaq üçün Qızıl Meydana və ya müxtəlif klub və restoranlara axın etmək məcburiyətində qalmayacaq. Şəhər meriyası indi demək olar ki, paytaxtdakı bütün parkları və şəhərin mərkəzi küçələrini açıq diskotekaya çevirib. Sakinlər 20 dərəcə şaxtaya baxmayaraq artıq indidən buz meydançalarını doldurmağa başlayıb.

Moskvanın Ermitaj baxçasında açılan buz Disneylandın isə Puşkin nağıllarının qəhramanları və Rusiya memarlığının simvolları nümayiş edilir.

Paytaxt meriyasının əhalinin bayram əhvalını qaldırmaq üçün göstərdiyi səylərə baxmayaraq ölkədəki iqtisadi böhran bayram öncəsi alış-verişlərə təsirsiz ötüşmür.

“Rublun dəyər itirməsilə birlikdə bizim küknar ağacı satışlarımız da bu il demək olar ki ölüb. Yeni ilə bir gün qalıb. Ancaq hələ heç nə sata bilməmişik. Satışlarımız olduqca azdır. Bilmirik nə edəcəyik. Ağaclar əlimizdə qaldı, satış yoxdur”, – deyə satıcı Konstantin Merkulov bildirib.

İndiyədək Moskvada daimi bir ünvani olmayan Şaxta babaya isə bu il nəhayət ki, ayrıca ev verilib. Şaxta babanın buz evi paytaxt sakinlərinin də böyük marağına səbəb olub.

Dövlət Statistika Komitəsi ROSTAT-ın verdiyi məlumata görə, bu il Rusiyada adam başına ortalama Yeni il xərcləri inflyasiya səbəbindən keçən illə müqayisədə 5 min rubl artaraq, 20 min rus rublu, yəni 300 manat olub.

(anspress.com)

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv