Rusiyada benzin və dizel bahalaşdı

Rusiyada iyulun 10-dan 16-dək avtomobil benzininin istehlak qiymətləri əvvəlki hesabat dövrünə nisbətən orta hesabla 0,1% bahalaşıb.

Yenicag.Az OilGas.az-a istinadən xəbər verir ki, bu məlumatlar Rusiya Federasiyası Federal Dövlət Statistika Xidməti tərəfindən bu gün açıqlanıb.

Bununla yanaşı, iyulun 17-ə olan məlumata görə, orta istehlak benzinin qiyməti ölkə üzrə ümumilikdə 3 qəpik artaraq 38,12 rubl çatıb.

Son məlumatlarına əsasən, hesabat dövründə Rusiya Federasiyasının 27 subyektində benzinin qiymətində artım qeydə alınıb. Benzin qiymətləri daha çox Samara 0,8% və Çitada 0,6% artıb. Perm, Smolensk, Ryazan və Vladimirdə isə qiymətlərdə 0,1-0,2% azalma qeydə alınıb. Moskva və Sankt-Peterburqda ötən həftə ərzində benzinin qiyməti dəyişməyib.

İyul ayının 17-ə olan göstəricilərə əsasən, Rusiyada orta hesabla A-76 (Aİ-80) markalı benzinin qiyməti 5 qəpik bahalaşaraq 34,40 rubla yüksəlib. Aİ-92 (Aİ-93) markalı benzin 2 qəpik bahalaşaraq 37,03 rubla çatıb. Aİ-95 markalı benzinin qiyməti də 2 qəpik yüksələrək 40,06 rubla bərabər olub.

İyulun 17-ə olan göstəricilərə əsasən, dizel yanacağının bir litrinin qiyməti orta hesabla 38,05 rubl olub. İyulun 10-a olan göstəricilərə nisbətən qiymət 2 qəpik bahalaşıb.

Yenicag.Az

COP29