Rusiyada bina uçdu: ölənlər var

144774_srcBu gün Rusiyanın Kemerovo vilayətinin Mejdureçensk şəhərində yaşayış binalarından birində bloklardan biri uçub.

Virtualaz.org sosial şəbəkə istifadəçilərinin məlumatlarına əsasən xəbər verir ki, rəsmi olaraq hələlik 1 nəfərin öldüyü, daha iki nəfərin yaralandığı bildirilir.

“Komsomolskaya pravda” nəşri yazır ki, uçqunun mümkün səbəbi binanın 1-ci mərtəbəsində yerləşən kommersiya obyektlərində aparılmış yenidənqurma işləri zamanı texniki təhlükəsizlik qaydalarının pozulmasıdır.