Rusiyada koronavirusa yoluxanların sayı 1,4 milyon nəfəri keçib.
Yenicag.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 15 982 nəfər virusa yoluxub, 179 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 1 415 316 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 24 366 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 1 075 904 nəfər virusdan sağalıb, 315 046 nəfərin müalicəsi isə davam edir.