Rusiyada koronavirusa yoluxanların sayı 2,29 milyon nəfəri keçib.
Yenicag.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 26 338 nəfər virusa yoluxub, 368 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 2 295 654 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 39 895 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 1 778 704 nəfər virusdan sağalıb, 477 055 nəfərin müalicəsi isə davam edir.