Rusiyada bombardmançı təyyarə qəzaya uğradı – Ölənlər və yaralananlar var

Rusiyanın Murmansk vilayətində Tu-22M3 bombardmançı təyyarə qəzaya uğrayıb.

Yenicag.az-ın məlumatına görə, qəza nəticəsində təyarənin ekipaj üzvlərindən ikisinin həlak olduğu bildirilir. Daha iki ekipaj üzvünün isə yaralandığı və xəstəxanaya çatdırıldığı qeyd edilir.

Məlumata görə, təyyarə təlim-məşq uçuşu keçirərkən qəzaya uğrayıb. Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi isə məlum deyil.