Rusiyada daha 119 nəfər pandemiyanın qurbanı oldu

Rusiyada son bir gündə daha 5 061 nəfərə COVID-19 diaqnozu qoyulub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 917 884 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 119 nəfər artaraq 15 617-ə yüksəlib.İndiyədək koronavirusa yoluxan 729 411 nəfər sağalıb.