Rusiyada daşqınlar: 5 nəfər öldü

Rusiyanın İrkutsk vilayətində daşqın baş verib.

Yenicag.az “TASS” agentliyinə istinadən xəbər verir ki, daşqınlar nəticəsində 5 nəfər həyatını itirib.

Hadisə nəticəsində itkin düşənlər olması da istisna edilmir.

Daha 97 nəfər xəstəxanaya yerləşdirilib.

Rusiya təhlükəsizlik və xilasetmə orqanları dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər aparır.