Rusiyanın İrkutsk vilayətində yaşayış evində yanğın hadisəsi baş verib.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın zamanı 1, 2 və 3 yaşlı 3 azərbaycanlı uşaq faciəvi şəkildə yanaraq ölüb.
Verilən məlumata əsasən, hadisə baş verən zaman uşaqlar evdə tək olub.
Qeyd edək ki, onların Azərbaycan vətəndaşı olan ataları il yarım əvvəl vətənə deportasiya olunub.