Rusiyada DƏHŞƏT: Əyləncə mərkəzi yandı – 15 nəfər öldü / VİDEO

Rusiyanın Kostroma şəhərində yerləşən “Poliqon” adlı əyləncə mərkəzində güclü yanğın baş verib.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 3,5 min kvadratmetr ərazini yanğında 15 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Rusiyanın Təcili yardım xidmətindən verilən məlumata görə, yanğına pirotexniki vasitələrdən istifadə səbəb olub:

“Yanğın ov fişəngi havaya buraxıldıqdan sonra başlayıb”.

Hüquq-mühafizə orqanları əlavə edib ki, fişəngi atan şəxs axtarışa verilib.

Yanğın nəticəsində insanların ölməsi faktı ilə bağlı ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.