!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada dəhşət - İES-də yanğın başladı

!Reklam – Yazi

Rusiyanın Norilsk şəhərində avtomobilin yanacaq anbarına çarpılması nəticəsində İstilik Elektrik Stansiyasında (İES) yanğın baş verib.

Yenicag.az xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsi yayıb.

Bildirilib ki, hadisə Norilskdə Nadejdin Metallurgiya Kombinatı ərazisindəki İES-3-ə məxsus yanacaq anbarına avtomobilin çarpılıması nəticəsində baş verib.

Məlumata görə, yanğın 300 kvadratmetr sahəni əhatə edib. İES təbii qazla işləyir. Yanğının söndürülməsinə 4 yanğınsöndürən və 12 nəfər cəlb olunub.

Qeyd edək ki, Norilsk Krasnoyar diyarının şimalında yerləşir. /Report/

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv