!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada dəhşət - Mikroavtobusla avtomobil toqquşdu - Ölənlər və yaralananlar var/VİDEO

!Reklam – Yazi

Rusiyanın Ryazan vilayətində mikroavtobusla avtomobil toqquşub.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saat 5 radələrində M-5 magistral yolunun 402-ci kilometrliyində, bölgənin Sasovski rayonunda baş verib.

Ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 2-si ağır olmaqla 8 nəfər yaralanıb. Yol polisi isə səhiyyə nazirliyinin məlumatını təkzib edərək ölənlərin 6 nəfər olduğunu bildirib.

İlkin məlumata görə, qəzaya səbəb mikroavtobus sürücüsünün yol qaydalarını pozması olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aleksandr Potaşov bildirib ki, “Mercedes-Benz Vito” markalı mikroavtobusun sürücüsü qarşıdakı zolağa çıxaraq “Toyota Land Cruiser” ilə toqquşub.

Tacikistan istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin bütün sərnişinləri bu ölkənin vətəndaşları olub.

 

www.yenicag.az

1298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv