!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada DƏHŞƏT - Təyyarə sərt eniş zamanı parçalandı - 4 nəfər öldü / YENİLƏNDİ

!Reklam – Yazi

Rusiyanın İrkutsk vilayətində “L-410” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, üç sərnişin və bir pilot ölüb, ikinci pilot isə şok vəziyyətindədir.

Qalan 12 nəfər xəsarət alıb. Onlardan ikisi təyyarənin içərisində sıxılmış vəziyyətdə qalıb, onların çıxarılması üçün işlər görülür.

***

21:06

Rusiyada göyərtəsində 16 nəfərin olduğu “L-410” sərnişin təyyarəsi sərt eniş edib.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, hadisə İrkutsk əyalətində olub.

Kazaçinsk yaşayış məntəqəsində 14 sərnişinin və 2 heyət üzvünün olduğu təyyarənin sərt eniş etməsi nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilib. İlkin məlumata görə, təyyarə eniş zamanı parçalanıb. Bir neçə nəfər salondan çıxmağa müvəffəq olub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, hadisənin təfərrüatları araşdırılır. Əraziyə xilasedicilər cəlb edilib.

www.yenicag.az

772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv