Rusiyada dəhşətli hadisə: çantadan 27 cüt insan əli çıxdı – Fotolar

Rusiyanın Sibir bölgəsində hamını dəhşətə gətirən hadisə baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Sibirdə çay kənarından tapılan çantada 54 ədəd kəsilmiş insan əli aşkarlanıb. Çin sərhədinə yaxın Xarabovski şəhərində baş verən qorxunc hadisə yerli əhali ilə yanaşı polisi də heyrətə salıb. Kəsilmiş əllərlə bağlı bir neçə iddia irəli sürülüb. Bəziləri onların oğurluq edən şəxslərə aid olduğunu iddia edir. Bəzilərinin fikrinə görə isə orqan alveri ilə məşğul olan şəxslər cəsədlərin tanınmaması üçün onların əlini kəsərək, bir torbaya yığmaqla iz itirməyə çalışıblar. Əllərin yanında tibbi ləvazimatlar və xəstəxana baxıllarının olması bu iddianın gücünü daha da artırır.

Qeyd edək ki, polis məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

COP29