Rusiyada DƏHŞƏTLİ QƏZA: 22 maşın toqquşdu – Ölən və yaralananlar var

Rusiyanın Başqırdıstan Respublikasında zəncirvari qəza baş verib.

Yenicag.az Rusiya mətbuatına istinadla xəbər verir ki, 22 avtomobilin toqquşduğu qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılara yerində yardım göstərildiyi üçün qəzanın baş verdiyi yol hələ də bağlıdır.