!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada dəhşətli qəza: 7 ölü, 35 yaralı-Yenilənib

!Reklam – Yazi

7d5bc6fd944dbc66e9e41bde234f0024Rusiyanın Tula vilayətində ötən gecə “Moskva-İrəvan” avtobusunun aşması nəticəsində ölənlərin say 7-yə çatıb, 35 nəfər yaralanıb.

Bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.

“Avtobusda 63 sərnişin olub, 35 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 7-nin vəziyyəti ağır, 10 nəfərin – orta ağırdır”, deyə mənbə bildirib.

***

Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusu aşıb, 6 nəfər ölüb, 27 nəfər yaralanıb. Bu barədə Rusiya DİN-in Tula vilayəti üzrə idarəsinin saytında dərc olunmuş məlumatda bildirilir.

“Avtobusda 59 sərnişin olub. Son məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Sərnişinlərin arasında uşaq yoxdur”, deyə məlumatda qeyd olunub.

DİN əməkdaşları qəza ilə bağlı iki əsas versiya irəli sürüblər: texniki nasazlıq və sürücünün sükan arxasında yuxulaması.

****

Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusu aşıb, 6 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.

Məlumata görə, “Moskva-İrəvan” avtobusu M4 “Don” magistral yolda aşıb. “Qəza yolun 220-ci km-də, İlyinka yaşayış məntəqəsindən 2 km aralıda baş verib. İlkin məlumata görə, “Hyundai” markalı avtobus idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 6 nəfəri ölüb”, deyə mənbə bildirib.

Avtobusun Rusiya dövlət nömrə nişanı ilə hərəkət etdiyi bildirilir.

Məlumata görə, 16 nəfər müxtəlif xəsarətlərlə Uzlovaya şəhər xəstəxanasına, bir nəfər isə Kireyevsk xəstəxanasına yerləşdirilib(APA).

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv