Rusiyanın Tula vilayətində ötən gecə “Moskva-İrəvan” avtobusunun aşması nəticəsində ölənlərin say 7-yə çatıb, 35 nəfər yaralanıb.
Bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.
“Avtobusda 63 sərnişin olub, 35 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 7-nin vəziyyəti ağır, 10 nəfərin – orta ağırdır”, deyə mənbə bildirib.
***
Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusu aşıb, 6 nəfər ölüb, 27 nəfər yaralanıb. Bu barədə Rusiya DİN-in Tula vilayəti üzrə idarəsinin saytında dərc olunmuş məlumatda bildirilir.
“Avtobusda 59 sərnişin olub. Son məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Sərnişinlərin arasında uşaq yoxdur”, deyə məlumatda qeyd olunub.
DİN əməkdaşları qəza ilə bağlı iki əsas versiya irəli sürüblər: texniki nasazlıq və sürücünün sükan arxasında yuxulaması.
****
Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusu aşıb, 6 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.
Məlumata görə, “Moskva-İrəvan” avtobusu M4 “Don” magistral yolda aşıb. “Qəza yolun 220-ci km-də, İlyinka yaşayış məntəqəsindən 2 km aralıda baş verib. İlkin məlumata görə, “Hyundai” markalı avtobus idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 6 nəfəri ölüb”, deyə mənbə bildirib.
Avtobusun Rusiya dövlət nömrə nişanı ilə hərəkət etdiyi bildirilir.
Məlumata görə, 16 nəfər müxtəlif xəsarətlərlə Uzlovaya şəhər xəstəxanasına, bir nəfər isə Kireyevsk xəstəxanasına yerləşdirilib(APA).