Bu gün Moskvanın “Domodedovo” aeroportundan havaya qalxan “An-148” sərnişin təyyarəsi qəzaya uğrayıb.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, göyərtəsində 65 sərnişinin və 6 heyət üzvünün olduğu təyyarənin qalıqları tapılıb.
Paytaxtdan Orska uçan “Saratov Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb.
TASS agentliyinin yaydığı xəbərə görə, qəzaya uğrayan “An-148” təyyarəsində sağ qalanlar yoxdur.
Artıq təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb. Bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.
Rusiya prezidenti Vladimir Putin hökumətə “An-148” təyyarəsinin Moskva ətrafında qəzaya uğramasının araşdırılması ilə bağlı tapşırıq verib.
Bundan başqa o, qəzada qohumlarını və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib.