Rusiyanın Samara vilayətində dəmir yolu körpüsündə partlayış baş verib.
Bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb.
Məlumatda qeyd olunub ki, naməlum şəxslər bu gün səhər saatlarında dəmir yolu relsinin Zvezda-Çapayevsk hissəsində körpünün dayaqlarını partladıblar.
Məlumata görə, hazırda körpüdə qatarların hərəkəti dayandırılıb. Hadisə yerində xüsusi xidmət orqanları işləyir.
Mənbə: Baza