Rusiyada dəmiryol stansiyasında PARTLAYIŞ – Ölən və yaralanan var

Rusiyanın İvanovo şəhərində dəmiryol stansiyasının deposunda partlayış olub.

Yenicag.az-in məlumatına görə, hadisə nəticəsində deponun bir işçisi ölüb, biri isə ikinci dərəcəli yanıq xəsarəti alıb. Xəsarət alan işçi xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, depoda təmir işləri zamanı sisterndə buxar partlayıb.