Rusiyada deputatlar özlərini zibilə bənzətdilər – FOTO

Rusiyanın Sankt-Peterburq şəhərindən olan üç deputat özlərini zibilə bənzədiblər.

REN TV-nin məlumatına görə, onlar bu yolla şəhər küçələrində qanunsuz reklam probleminə diqqət çəkmək istəyiblər.

Parlamentarilər üzərində kağızlar tikilən kostyumlar geyinərək şəhər mühitinə uyğunlaşıblar. Onlar şəhərin görməli turistik məkanlarınının fonunda və yaşayış binalarının yaxınlığında fotolar çəkiblər.

Kreativ aksiyada məqsəd sakinləri dirəklərdən və dayanacaqlarda qeyri-qanuni elanları cırmağa səsləməkdir. Deputatların fikrincə qeyri-qanuni reklamlarla ancaq administrativ yolla mübarizə aparmaq mümkün deyil.

COP29