Rusiyada DİN binasında terror planlaşdıran şəxslər saxlanıldı

Təhlükəsizlik qüvvələri Tümen vilayətində Daxili İşlər Nazirliyinin obyektində terror aktının hazırlanmasının qarşısını alıb. 

Yenicag.az xəbər verir ki, bu  barədə Rusiya Federasiyası FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (CPR) məlumat yayıb.

Bildirilir ki, saxlanılan iki rusiyalıdan əldəqayırma yandırıcı və partlayıcı qurğular götürülüb. FSB əlavə edib ki, onlar partlayıcı mütəxəssislər tərəfindən yerindəcə məhv edilib.

“Görülən tədbirlər nəticəsində Tobolsk şəhərinin daxili işlər orqanlarının obyektində əldəqayırma partlayıcı qurğunu işə salmağı planlaşdıran, kütləvi qətl ideologiyasının tərəfdarı olan iki Rusiya vətəndaşı saxlanılıb”, – deyə məlumatda bildirilir.

Saxlanılanların rabitə cihazlarında partlayıcı maddələrin hazırlanmasına dair təlimatlar və onların sınaqlarının video çəkilişləri aşkar edilib.

COP29