Rusiyada dövlətə xəyanət edənlər ömürlük həbs olunacaq

Rusiya Dövlət Duması dövlətə xəyanətə görə ömürlük həbslə bağlı qanun layihəsini qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Sənəd ikinci və üçüncü oxunuşlarda qəbul edilib. Dəyişikliklər həmçinin terrora görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.

Hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) maksimum 20 ilədək həbs cəzasını nəzərdə tutur.