Rusiyada döyüşçü robot qrupları yaradılacaq

2025-ci ilə Rusiyada döyüş tapşırıqlarını həll etmək qabiliyyətinə malik çoxfunksiyalı robotlardan ibarət qruplaşmalar yaradıla bilər.

Yenicag.az Reporta istinadən məlumat verir ki, qruplaşmaların formalaşdırılması məsələsi 2020-ci ildən nəzərdə tutulub.

“Biz 2025-ci ilə qədər fundamental və eksperimental dizayn planda bu məsələni yekunlaşdırmalıyıq”, – deyə mənbə bildirib.

Məlumata görə, qruplaşmaların sonra silahlı qüvvələr sisteminə keçidi planlaşdırılır.