Rusiyada erməni 6 il müddətinə HƏBS OLUNDU – FOTO

Petrozavodsk Şəhər Məhkəməsi Ruben Poqosyanı ordu haqqında “saxta xəbərlər” yaymaqda təqsirli bilərək altı il müddətinə azadlıqdan məhrum edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Kareliya Respublikasının Petrozavodsk Şəhər Məhkəməsi yerli sakin Ruben Poqosyanı Rusiya Ordusu haqqında “feyk” işi üzrə altı il müddətinə azadlıqdan məhrum edib.
Poqosyana həbslə yanaşı, bir il müddətinə internet saytlarını idarə etmək də qadağan edilib.

O, cəzasını ciddi rejimli koloniyada çəkəcək və cinayət işinin digər iştirakçıları ilə ünsiyyət qurmaq qadağan olunub.

Qeyd edək ki, Ruben Poqosyan 2022-ci ilin avqustunda saxlanılıb. Təhlükəsizlik qüvvələri onun evində axtarış aparıblar. Sonra məhkəmə onun üçün müəyyən hərəkətlərə qadağa qoyulması şəklində həbs-qətimkan tədbiri seçib.

Xuraman Etibarlı

COP29