Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyada erməni kafedə atəş açıb, yaralanan var

Bu gün yerli vaxtla səhər saat 06.00 radələrində (Bakı vaxtı ilə saat 07.00) Rusiyanın Zelenoqrad şəhərində kafedə atəş açılıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, hadisə iki şəxs arasında şəxsi münaqişə zəminində baş verib.

Ermənistan əsilli 27 yaşlı şəxs mübahisə etdiyi şəxsə tapançadan iki dəfə atəş açaraq onu yaralayıb. Hadisə yerindən qaçan şübhəli şəxs bir neçə dəqiqə sonra saxlanılıb.

Yaralanan şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

Yeniçağ.Az

www.yenicag.az

432