Rusiyada ermitaj binasına PUA düşdü

Sankt-Peterburqun mərkəzində yerləşən Qış sarayına PUA düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə ermitajın aparıcı təhlükəsizlik zabiti Dmitri Xaşçenko məlumat verib.

Hadisə sentyabrın 7-də baş versə də, təfərrüatı indi məlum olub.

PUA-nın adi mülki kvadrokopter olduğu ortaya çıxdı, lakin şəhərdə dron uçuşlarına qadağa qoyulub.