Rusiyada federasiya prezidenti başından vuruldu

Sankt-Peterburq Karate İdman Federasiyası prezidenti Vitali Konev başından güllələnib. 

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, o, məşq edərkən qəfil yerə yıxılıb. Məlum olub ki, federasiya rəhbərini səsboğucu tapança ilə vurublar.  Onun meyiti ekspertizaya göndərilib.  Polis hadisəni törədən şəxs və  ya şəxslərin axtarışına başlayıb.

Bildirilir ki, Vitali Nikolayeviç 2013-cü ildən federasiyaya rəhbərlik edirdi. /unikal

COP29