Rusiyada FETÖ əməliyyatı

Rusiyada FETÖ əməliyyatı keçirilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, FETÖ terror təşkilatının Sant-Peterburq şəhərindəki “Oxford Vision” və “Rus-Türk Mədəniyyət Mərkəzi”nin bağlanılmasına dair prosedur başladılıb. Rusiyanın maliyyə nazirliyi, fövqəladə hallar nazirliyi, Rusiyanın məskunlaşdırma və miqrasiya nazirliyi tərəfindən , St.Peterburqda FETÖ ilə əlaqələri olan “Oxford Vision” dil məktəbi və “Rus-Türk Mədəniyyət Mərkəzi”də may ayından etibarən monitorinq aparılıb və qanun pozuntuları aşkarlanıb.

Yoxlamalar zamanı hər iki quruma xeyli miqdarda pul cəzası verilib.

Qeyd edək ki, səlahiyyətli şəxslərin sözlərinə görə, FETÖ ilə sıx əlaqələri olan bu iki qurum məhkəmə qərarı ilə ləğv ediləcək.

Yenicag.az