Rusiyanın İrkutsk vilayətində Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər heyət üzvü həlak olub.
Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, təyyarənin qalıqları gecə saatlarında Rıbnıy Uyan yaşayış məntəqəsi yaxınlığında aşkar edilib.
İlkin ehtimala görə, İrkutsk vilayətində meşə yanğınlarının söndürülməsi ilə məşğul olan və iyulun 1-də radarlardan itmiş təyyarə ağaca dəyərək qəzaya uğrayıb.
İyulun 4-də İrkutsk vilayətində matəm elan olunub.