Rusiyada gözlənilməz qərar: Putin 3 generalı vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin 3 generalın vəzifəsindən azad edilməsi barədə göstəriş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Putin bu barədə bu gün fərman imzalayıb.

Prezidentin fərmanı ilə Rusiya Daxili İşlər Nazirliyi Sibir Hüquq Universitetinin rəisi, polis general-mayoru İqor Medvedev, Çuvaş Respublikası daxili işlər naziri, polis general-mayoru Sergey Neyaskin və Cəzaların İcrası Federal Xidmətinin Təşkilati-Analitik Təminatının Planlaşdırılması İdarəsinin rəisi, daxili xidmət general-mayoru Nikolay Skopintsev vəzifələrindən azad edilib.

Fərmanla eyni zamanda, Rusiya DİN-in Miqrasiya məsələləri üzrə Baş İdarəsinin rəis müavini İqor Xrenkov işdən çıxarılıb.

COP29