Rusiyanın Kabarda-Balkar Respublikasında güclü qasırğa baş verib.
Yenicag.az rus ətbuatına istinadən xəbər verir ki, güclü külək və leysan yağışları nəticəsində 9 nəfər xəsarət alıb, 7 yaşayış məntəqəsində elektrik təchizatı kəsilib.
Bundan başqa, bir sıra tikililərə, o cümlədən bir neçə məktəb binasına ciddi ziyan dəyib.
Hazırda bölgədə qasırğanın fəsadlarının aradan qaldırılması üzrə işlər davam edir.