Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğınlar nəticəsində 130 ev yanıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər və yaşayış məntəqələrində 500-dən çox insan evsiz qalıb, Kansk şəhərində isə 2 nəfər yanaraq ölüb.
Yanğınlara səbəb yerli sakinlərin odla ehtiyatsız davranması, quru otun yandırılması olub. Güclü külək isə yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb.
Yenicag.az