Rusiyada dəhşət: Ticarət mərkəzi yandı – VİDEO

Gecə saatlarında Rusiyanın Vladivostok şəhərində yerləşən “Bum” ticarət mərkəzində güclü yanğın baş verib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb.

Alov 800 kvadratmetr sahəni əhatə edib. Əraziyə 8 yanğınsöndürmə briqadası cəlb edilib.