Kamçatkada 5,9 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının geofizika xidmətinin regional bölməsinin mətbuat xidməti məlumat yayıb.
Təbiət hadisəsi Ust-Kamçatkadan 70 kilometr aralıda, Kamçatka körfəzinin sularında qeydə alınıb. Onun mənbəyi dənizin dibinin 52 kilometr dərinliyində yerləşib. Mütəxəssislər qeyd ediblər ki, Ust-Kamçatsk kəndinin bəzi rayonlarının sakinləri zəlzələni 4 bal gücündə hiss ediblər./unikal