Rusiyanın İrkutsk vilayətində 5.3 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə İrkutsk vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, seysmik hadisə Slyudyanka rayonunda, Buryatiya Respublikasının Vıdrino yaşayış məntəqəsindən 32 km məsafədə qeydə alınıb.
“Episentrdə intensivlik 5.3 bal təşkil edib. Dağıntı və xəsarət alanlar yoxdur”, – deyə məlumatda qeyd olunub.
Qurum bildirib ki, Baykalsk, İrkutsk, Slyudyanka, Şelexovda təkanlar 2-3 bal gücündə hiss olunub.