Rusiyada güclü zəlzələ oldu

Rusiyanın şərqində yerləşən Kamçatka diyarında 6,1 maqnitudalı zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatkada yerləşən Geofizika Xidməti məlumat yayıb.

“Zəlzələnin episentri Severo-Kurilskdən 128 km aralıda olub”, – Xidmətin məlumatında qeyd olunur.

Yeraltı təkanların ocağının 59 kilometr dərinlikdə yerləşdiyi bildirilib.