Rusiyada güclü zəlzələ oldu

Seysmoloqlar Berinq adası yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə alıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti Federal Araşdırmalar Mərkəzi məlumat yayıb.

Seysmik hadisənin episentri Nikolskoye kəndindən 40 km aralıda Sakit okeanda olub.

Yeraltı təkanların hiss olunma qabiliyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir.