Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında 6.1 bal gücündə zəlzələ baş verib.
Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
“Zəlzələnin maqnitudası 6.1, dərinliyi 95 kilometr olub”, – məlumatda bildirilir.
Qeyd olunur ki, zəlzələnin episentri Ust-Kamçatskdan 69 kilometr məsafədə yerləşib.
COP29